EN

Avropa neft alışını kəskin şəkildə artırdı: Bazarda nə baş verir?

Avropadakı neft emalı zavodları neft alışını kəskin şəkildə artırıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Yəmən husilərinin hücumları səbəbindən dizel yanacağının qiymətinin kəskin artması və Yaxın Şərqdən tədarükün kəsilməsindən sonra idxal artmağa başlayıb. Artan tələbin fonunda Qərbi Afrikanın iki əsas çeşidi, “Forcados” və “Egina Brent” müvafiq olaraq 4-6 dollar endirimlə satılmağa başlayıb.

Analitiklərin qeyd etdiyi kimi, Afrika xammalı Yaxın Şərqdən gələn tankerlərdəki gecikmələrdən faydalandı və avropalı alıcılar özlərini daha yaxın tərəfdaşlara yönləndirməli oldular.

“Kpler”in baş analitiki Viktor Katona bildirib: "Bazar oyanır, Qırmızı dənizdəki fasilələr həqiqətən nəqliyyat axınını pozur və Avropa indi olduğundan daha çox xammal əldə etməlidir".

Chosen
293
6
publika.az

10Sources