EN

Bahar Muradovanın komitəsi “Zelenskinin dostu”nun 10 manatlıq şirkəti ilə 2. 3 milyonluq müqavilə imzaladı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2024-cü il üzrə olan müvafiq dövlət proqramlarının öhdəlikdə olan bəndlərinin icrası məqsədilə və fəaliyyət istiqamətindən irəli gələn əlamətdar günlər üzrə tədbirlərin təşkilinin satın alınması" ilə bağlı elan etdiyi tenderdə qalib olan şirkətlə müqaviləyə imza atıb.

32gun.az-ın məlumatına görə, dövlət komitəsi   ilə "UKRAYNA TİCARƏT EVİ" MMC arasında bağlanan müqavilənin dəyəri 2.349.503,9 AZN-dir.

Bildirək ki nizamnamə kapitalı 10 AZN olan qalib MMC-nin qanuni təmsilçisi 

Əlibala Məhərrəmzadə Səttar oğludur, nuzamnamə kapitalı isə vğmi 10 AZN-dir.

İnternet resurslarında axtarış zamanı məlum olub ki, Ə.Məhərrəmzadə Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi, üzvləri və bütün əməkdaşları adından Palatanın üzvü, “Kaspian Audit Kompani” MMC-nin direktoru, iqtisad elmləri doktoru, professordur. Vladimir Zelenskinin Sərəncamı ilə Ukraynanın III dərəcəli “Xidmətə görə” (“За заслуги”) ordeni ilə təltif edilib.

 “Ukrayna Ticarət Evi”nin baş direktoru deputattlığa namizəd də olub. 

O mediada Zelenskinin dostu kimi təqdim edilir.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovadır. 

Ayxan 

Chosen
650
1
32gun.az

2Sources