EN

Anti-Azərbaycan Missiya:“Binokl diplomatiyası”nın arxasında gizlənən agentlər

Azərbaycanın Ermənistanı kapitulyasiyaya uğradaraq  öz gücünə 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini təmin etməsi  son zamanlar güclü erməni lobbisinin təsir dairəsində olan müxtəlif azərbaycanafob və islamofob dairələrini aktivləşdirib. Həmin dairələr eməni lobbisinin maliyyə qaynaqları ilə fəaliyyət göstərirlər və Azərbaycana münasibətdə onların buyruqçuları qismində çxış edirlər. Açıq-aydın görünür ki, azərbaycanafob və islamafob dairələr ölkəmizin uğurlarını həzm edə bilmirlər.

Məlum olduğu kimi ümumavropa dəyərlərini və maraqlarını erməni lobbisinin maraqlarına qurban verən  Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək qərəzli şəkildə bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verib. AŞPA-nın son qətnaməsi yalnız Azərbaycanın ədalətli yanaşmalarına zidd deyil, həm də elə Avropa dəyərlərini və digər beynəlxalq təşkilatların mövqeyini rədd etdiyi anlamına gəlir.  Avropa Şurası Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn, “siyasi məsələlərə qarışmaq bizim platformanın işi deyil” deyən qurumlar siyahısında “liderlər” sırasında olub desək, əsl həqiqəti ifadə etmiş olarıq. AŞPA ədalətsizliyini insan hüquqları ilə məşğul olan təşkilat olması ilə əsaslandırmağa çalışırdılar. Yaxşı, elə idisə bəs nə üçün  avropalı deputatlar bir milyondan artıq azərbaycanlı keçmiş qaçqın və məcburi köçkünün taleyinə biganə qalırdılar?

AŞPA-nın qərəzinin Fransadan qaynaqlandığı sirr deyil.  Bu quru¬mun səhnəsində göstərilən bir çox tama¬şaların ssenari müəllifi və rejissoru isə XXI əsrdə də müstəmləkəçilik siyasətin¬dən əl çəkməyən Fransadır. Ümumiyyətlə, Fransanın səhnə arxasından idarə etdiyi bu kimi qurumlar Azərbaycana qarşı kampaniyaya aparırlar. Avropa İttifaqı (Aİ) da bu kampaniyaya daxildir. Aİ-nin Ermənistanda yerləşdirilən Monitorinaq Missiyasının “fəaliyyəti” proseslərin eynə mərkəzdən idarə edildiyini təsdiqləyir. Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb və  görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib. “Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu bildirilib.Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə, bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır. Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir. Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
208
1
ikisahil.az

10Sources