EN

Yaponiya dünyanın üçüncü ən güclü iqtisadiyyatı statusunu itirdi

Yaponiya dünyanın üçüncü ən güclü iqtisadiyyatı statusunu Almaniyaya ötürüb. Zəif daxili tələbat səbəbindən ölkə iqtisadiyyatı 2023-cü ilin son rübündə gözlənilmədən tənəzzülə uğrayıb.

Bu barədə Yaponiya hökumətinin hesabatına istinadən məlumat yayılıb.

Yaponiyanın nominal ümumi daxili məhsulu inflyasiya nəzərə alınmadan 4,21 trilyon dollar təşkil edib. Eyni zamanda, Almaniyanın ÜDM-i 4,46 trilyon dollara çatıb.

“Bu, keçən il koronavirusla bağlı azalmış tələbata görə verilən dəstəyə baxmayaraq baş verib. Real əməkhaqqı bərpa olunmağa başlayana qədər heç bir eyforiya olmayacaq”, - deyə “Daiwa Securities Co”nun baş iqtisadçısı Toru Suehiro bildirib.

O, nəticələri bazarlar üçün “mənfi sürpriz” adlandırıb.

Ölkə iqtisadiyyatının zəifləməsi əsasən milli valyuta olan yenin dəyərinin düşməsi ilə bağlı olub. Oktyabr-dekabr rübündə iqtisadiyyat əvvəlki rüblə müqayisədə 0,1 faiz və ya illik müqayisədə 0,4 faiz azalıb.

Mənbə: Kiodo

Chosen
333
15
oxu.az

10Sources