İngiltərə iqtisadiyyatı ilin ikinci yarısında tənəzzülə girib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, 2023-cü ilin üçüncü rübündə 0,1%, dördüncü rübdə isə 0,3% daralıb. Reutersin sorğusunda iştirak edən iqtisadçılar dördüncü rübdə Britaniya iqtisadiyyatının 0,1% daralacağını proqnozlaşdırıblar.
İngiltərə Bankı iqtisadiyyatın 2024-cü ildə bərpa olunacağını gözlədiyini açıqlayıb.
Bir ölkə iqtisadiyyatı iki rüb ardıcıl olaraq daraldıqda tənəzzülə uğramış sayılır.