EN

Türk Mədəniyyəti və İrsi Fondu Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktını pisləyib

Türk Mədəniyyəti və İrsi Fondu Fransanın Evian-le Bən şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş qeyri-etik hərəkətləri vandalizm aktı adlandırıb.

Tehsil.biz xəbər verir ki, Fondun sosial şəbəkə hesablarında paylaşılan bəyanatda deyilir: “Türk Mədəniyyəti və İrsi Fondu tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın Fransadakı heykəlinə qarşı qeyri-etik aksiyanı qətiyyətlə pisləyir, bunu qədim və zəngin Türk mədəni irsinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirir”.

Həmçinin qeyd edilir ki, Fond bu kimi hərəkətlərin qarşısının alınması və dünyadakı türk mədəni irs nümunələrinin qorunub saxlanması lazımi səylərin göstərilməsini tələb edib.

Chosen
121
4
tehsil.biz

10Sources