EN

Türkiyəli ekspert: Antiterror tədbirlərinə qarşı haqsız mövqedən çıxış edən ölkələr terrorçulara təkan verir

“Azərbaycanın Qarabağ ərazisində terrorçulara qarşı aparılan uğurlu əməliyyatlara qarşı təlaşlı və haqsız mövqe nümayiş etdirən ölkələr terrorçulara təkan verir”.“İki sahil” xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) direktoru ehtiyatda olan general-mayor dosent Güray Alpar söyləyib.İspaniyanın Qranada şəhərində Avropa İttifaqı (Aİ), Fransa, Almaniya və Ermənistan liderlərinin görüşündən sonra yayımlanan birgə bəyanatın qəbuledilməz olduğunu nəql edən general-mayor hesab edir ki, bu həmin dövlətlərin terrorizmi dəstəkləməsi deməkdir və buna görə onlar tarix qarşısında məsuliyyət daşıyırlar: “Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində terrorçulara qarşı tədbirlər gördükdən sonra Aİ, Fransa və Almaniya Azərbaycanın qatılmamasına baxmayaraq, İspaniyanın Qranada şəhərində Ermənistan rəhbərliyi ilə tələsik görüş keçirib, bəyanat vermələri ədalətsizlikdir, beynəlxalq hüququn tələblərinə ziddir”.Ekspert deyib ki, müxtəlif terror fəaliyyətinə qarşı hər bir dövlətin düzgün mövqe tutması vacibdir: “Qranadada haqsız bəyanatı imzalayan bu dövlətlər bundan sonra terror aktı ilə üzləşsələr, terrordan zərər çəkən öz xalqına və günahsız insanlara necə cavab verəcəyi maraq doğurur”.İnstitut başçısı terror təşkilatlarına dəstəyin təkcə Qarabağla məhdudlaşmadığını vurğulayıb: “Bu, Suriya və İraqda PKK/YPG ünsürlərinə verilən dayağın davamıdır. Terrorçulara açıq şəkildə silah, sursat və partlayıcı maddələr verilir və bu dəstəklə mülki vətəndaşlar, qadınlar və uşaqları öldürülür, verilən helikopterlərlə bölgələr arasında sərbəst hərəkət edilir”.Guray Alpar qeyd edib ki, 30 ilə yaxın müddət ərzində işğalçı Ermənsitan hakimiyyətinin cinayətlərinə göz yuman bu dövlətlər Azərbaycanın 2020-ci ildə həyata keçirdiyi uğurlu əməliyyatla torpaqlarını işğaldan azad etməsini həzm edə bilmir: “Xüsusilə 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda terror təşkilatına qarşı başlatdığı əməliyyatda Fransa kimi dövlətlər tamamilə terrorçuların tərəfində durur. Bəşəriyyət bu acınacaqlı vəziyyəti anlamaqda çətinlik çəkir, bu cür rejimlər və onun dəyərləri dağılır, etibarını itirir”.

Chosen
491
48
ikisahil.az

10Sources