EN

Bu ölkədə seçkilər 84 nəfərin ölümünə səbəb oldu

“İndoneziyada prezident seçkisindən sonra seçki komissiyalarının 84 üzvü yorğunluq və gərgin iş səbəbindən ölüb”.

NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Budi Qunadi Sadikin deyib. Bildirilib ki, 4567 nəfərə yaxın seçki komissiyası üzvü isə həddən artıq işlədiyinə görə müxtəlif xəstəlik və fəsadlarla üzləşib.

Qeyd edək ki, 2019-cu ildə İndoneziyada 91 seçki məmuru ölüb, yüzlərlə adam xəstəxanaya yerləşdirilib. İndoneziya Prezidenti Coko Vidodo ölənləri “demokratiya uğrunda döyüşənlər” adlandırıb.

Hadisədən sonra ölkədə gələcəkdə seçki komissiyası üzvlərinin iş yükünün azaldılması üçün tədbirlər görülməsi qərara alınıb.

Chosen
211
2
nocomment.az

10Sources