EN

"Yuventus"da yeni qalmaqal: Yarımmüdafiəçisi istintaqa cəlb olundu

"Yuventus"un 22 yaşlı yarımmüdafiəçisi Nikolo Faсoli qeyri-qanuni mərc oyunlarında iştirak etdiyinə görə istintaqa cəlb olunub. Fanat.Az xəbər verir ki, informasiyanı "Footballnews24" yayıb.Mənbənin məlumatına görə, qeyri-qanuni mərc oyunlarının onlayn platformalarında pul ödədiyi sübuta yetirilərsə, onu 25 min avrodan az olmayan cərimə və 3 ilə qədər oynamaq qadağanı gözləyir. İtaliya Futbol Federasiyası “Yuventus”un futbolçusunu avqustun 30-dan etibarən istintaqa cəlb etsə də, yerli mətbuat bundan indi xəbər tutub. Araşdırma davam edir. Facoli 14 yaşından "Yuventus"dadır. O, 2021-ci ildə klubun əsas komandasında debüt edib. O, bu mövsüm 6 oyunda cəmi 339 dəqiqə oynayıb. 22 yaşlı yarımmüdafiəçi ümumilikdə "Yuventus"un heyətində 45 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.Mirağa

Chosen
320
3
fanat.az

10Sources