İsrail və Misir qaçqınların Qəzza zolağından çıxması üçün dəhliz yaratmaqla bağlı prinsipial razılığa gəliblər.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Axios portalı Amerika və İsrail mənbələrinə istinadən məlumat yayıb.
Eyni zamanda, mənbə vurğulayır ki, qaçqınların keçidi böyük çətinliklərlə üzləşə bilər, çünki proses hansısa formada atəşkəs tələb edəcək.
Portal onu da vurğulayıb ki, Qəzza zolağında 500-dən çox amerikalı və yüzlərlə başqa ölkə vətəndaşı var. Bunlara BMT əməkdaşları, qeyri-hökumət təşkilatlarının üzvləri və jurnalistlər daxildir.