EN

"Bakısığorta" müqaviləsiz işçi çalışdırıb?

"Bakısığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır. 

Sadiq İsbəndərli

Chosen
469
3
valyuta.az

10Sources