EN

Yaponiya Çinin müdafiə büdcəsini artırmaq planlarından narahatdır

Yaponiya hökuməti Çinin ölkənin müdafiə büdcəsini artırmaq planlarından narahatdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib.

Onun sözlərinə görə, Çin şəffaflıq olmadan hərbi gücünü sürətlə artırır.

“Bu, Yaponiya və beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur”, – deyə Hayaşi bildirib.

Bundan əvvəl məlum olub ki, Çin hökuməti 2024-cü ildə müdafiə xərclərini 7,2% artırmağı planlaşdırır. Hərbi büdcə layihəsi 1,6 trilyon yuan (təxminən 231 milyard dollar) məbləğində hazırlanıb.

Fevralın 15-də Yaponiya iqtisadiyyatının 2023-cü ilin dördüncü rübündə tənəzzülə girdiyi məlum olub. Texniki tənəzzül bir ölkənin ÜDM-nin iki rüb ardıcıl olaraq azalmasıdır. İyul-sentyabr aylarında Yaponiyanın real ÜDM-də azalma əvvəlki rüblə müqayisədə 0,8%, oktyabr-dekabr aylarında isə 0,1% təşkil edib.

Chosen
271
2
nocomment.az

10Sources