EN

RUSİYA SÜLHMƏRAMLILAR QARABAĞLA VİDA ƏRƏFƏSİNDƏ

Bu gün Qarabağda Rusiya sülhməramlılarının daha bir müşahidə məntəqəsi bağlanıb.Tezadlar.az xatırladır ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da bağlanan müşahidə məntəqələrinin sayı 23-ə çatıb. Hansı ki, sentyabrın 19-dan sülhməramlıların 7 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.Baş verənlər bir daha təsdiqləyir ki, əgər Azərbaycan separatçılığın kökünü kəsib Qarabağda sülhü - sakitliyi özü bərpa edirsə, ermənilər Azərbaycanın bayrağına sığınırsa, daha sülhməramlılara nə zərurət? Halbuki Ukraynadakı müharibə Rusiyaya daha çox hərbi kontingent lazım olduğunu diqtə edir...A.Məmmədli

Chosen
924
50
tezadlar.az

10Sources