EN

Ağaxan Abdullayevin polkovnik oğlu işdən çıxarıldı

Xalq artisti, “Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən kənarlaşdırılıb.BAKU.NEWS Bakupost.az-a istinadən xəbər verir ki, o, işdə verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib.Gömrük polkovniki rütbəsini daşıyan X. Abdullayev uzun müddət DGK-nın baş inspektoru vəzifəsində çalışıb.Qeyd edək ki, Xoşbəxt Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.Xatırladaq ki, Ağaxan Abdullayev 2016-cı ilin dekabrın 25-də dünyasını dəyişib.

Chosen
354
34
baku.news

10Sources