EN

Fransada məktəbdə terror aktı: hücum edən çeçendir

Fransanın Arras şəhərində məktəbə hücumun ilk təfərrüatları məlum olub. Bizimyol.info xəbər verir ki, ölkədə nəşr olunan “Le Figaro” qəzetinin məlumatına görə, hücum edən şəxsin çeçen olduğu məlum olub. O, bıçaqla silahlanaraq məktəb müəllimini öldürüb, bir neçə nəfəri isə yaralayıb. Şahidlərin dediyinə görə, o, bundan əvvəl “Allahu Əkbər” qışqırıb. İlkin məlumatlara görə, terrorçu əvvəllər bu məktəbin şagirdi olub. Yaralananlar arasında daha bir müəllim və bir məktəb işçisinin də olduğu müəyyən edilib. Hər ikisinin vəziyyəti ağırdır. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerində 20 yaşlı şübhəli həbs edilib. Onun qardaşı da saxlanılıb. Şəhərdə bütün məktəblər bağlanıb. Polis tam hazırlıq vəziyyətindədir. Qadir, Bizimyol.info

Chosen
298
7
bizimyol.info

10Sources