EN

İstehsalçılar genofondumuzun məhvi üçün yarışamı durublar?-DEPUTAT

Son zamanlar xəstəliklərin, ölümün yaşı cavanlaşıb, deyirlər. Bu həqiqətən də belədir, idmanda yüksək nailiyyətlər qazanan 10 yaşlı qızcığazın, 25-30 arası gənclərin “insulin dirənci” ilə üzləşməsi, ailə quran gənclərimizin müalicə almadan valideyn ola bilməməsi nə dərəcə doğrudur? Çox təəssüflər olsun ki, gənc birinin infarkt, insultdan dünyasını dəyişməsi xəbərlərini də artıq tez-tez eşidirik.

Mən, burda ən əsas səbəblərdən biri kimi qidalanmanı, daha doğrusu qidaların tərkibinin dəyişdirilməsini qeyd edərdim. İki günə xarab olan süd məhsullarının həftə keçsə də tərkibinin dəyşməməsi, ölkəmizə idxal edilən və ya yerli müəssisələrimiz tərəfindən istehsal edilən “kərə yağı”, “natural yağ” adı ilə istehlakçılara təqdim edilən saysız-hesabsız saxta tərkibli kərə və duru yağ məhsulları, qatılaşdırlmış südlərin həqiqətən də “qatılaşdırılması”, şokolad yağları və s. bu siyahını uzatmaq da olar.

Tibb mütəxəssislərinin bildirdiyinə görə ürəyin işemik xəstəliyi, ateroskleroz, magistral damarların tutulması, diabet, piylənmə, immunitetin zəfləməsi və s. digər xəstəlikləri bizlərə qazandıran əsasən yağ məhsullarıdır.

Əcaba bunu bilən istehsalçılar genofondumuzun məhvi üçün yarışamı durublar?

Jalə Əhmədova -Milli Məclisin deputatı

Chosen
183
1
ulusal.az

2Sources