İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahian bəyan edib ki, Livan Hizbullah qruplaşması İsraillə münaqişədə Fələstinin Həmas hərəkatının tərəfində ola bilər. Ulusal.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.Nazir bildirib ki, İsrail və onun havadarları “Qəzzada dinc əhaliyə qarşı cinayətləri dayandırmalıdırlar, çünki bir neçə saatdan sonra çox gec ola bilər”.
O əlavə edib ki, “Hizbullah”ın hər hansı müqavimət hərəkəti sionist quruluşda böyük zəlzələyə səbəb olacaq.
Abdollahian qeyd edib ki, müqavimət liderləri həmrəydir.