EN

Prezident İlham Əliyev xalqın etimadını layiqincə doğruldur - Kamaləddin Qafarov

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-dəAzərbaycan xalqına ünvanladığı müraciətində öz namizədliyini siyasivarisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirərək demişdi:“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezidentseçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, YeniAzərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyəçağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünyasiyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskarbir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyimtaleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz vədəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədərinanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tariximüraciətdən 14 gün sonra, 2003-cü ilin 15 oktyabr tarixindəkeçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu məhz cənab İlhamƏliyevə səs verdi.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat dayanıqlı inkişafın təmin olunması xəttinin Prezidentİlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olduğunu qeydedib:

“Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanınmüttəfiqlərinin və dostlarının sayını artırdı. Çoxvektorlu siyasətyürüdən dövlət başçımız ölkə iqtisadiyyatında qeyri-neft sektorununçəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhənginfrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyatsisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.Bu gün artıq birmənalı olaraq demək lazımdır ki, Ölkə Prezidentiİlham Əliyev həm Ulu Öndərimizin, həm də Azərbaycan xalqının bütünümidlərini tamamilə doğruldub”.

K.Qafarov deyib ki, Prezident İlham Əliyevin sona çatdırdığıtaleyüklü məsələlərdən danışarkən, ilk növbədə, 30 ilə yaxın müddətərzində Azərbaycan xalqının ən ümdə arzusu olan ölkənin ərazibütövlüyünün bərpa edilməsini qeyd etmək lazımdır:

"Prezident İlham Əliyev xalqın etimadını qazanaraq bu vəzifəyəseçildikdən dərhal sonra Azərbaycanda ordu quruculuğu istiqamətindəirimiqyaslı tədbirlərin həyata keçirilməsinə start verildi. Silahlıqüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlıgörülən işlər az müddət sonra Qarabağ münaqişəsinin nikbin sonluğuilə bağlı artıq heç bir şübhə yeri qoymamışdı. Digər tərəfdən,Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xaricisiyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlarməhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbuletdilər. Ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamıəsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizitarixi Qələbəyə gətirib çıxardı. 2020-ci ilin 27 sentyabrındabaşlanan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevinqətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərləsona çatdı. Bu tarixi Qələbədən üç il sonra, bu il aprelin 23-dəLaçın istiqamətində Azərbaycan-Ermənistan sərhədindəsərhəd-buraxılış məntəqəsini qoymaqla Azərbaycan özünün ərazibütövlüyünü və nəhayət sentyabrın 19-da keçirdiyi lokal xarakterliantiterror tədbirinin nəticəsi olaraq ölkənin bütün ərazisindəsuverenliyini tam bərpa etdi. Azərbaycanın Qarabağ bölgəsindəyerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycanərazilərini tərk etməsi, separatçı rejimin qeyri-qanuni silahlıdəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbipostlardan çıxması və tam şəkildə tərksilah olunması, buna paralelşəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsiAzərbaycanın növbəti Qələbəsinin təntənəsidir.”

Deputat qeyd edib ki, Azərbaycan dövləti şanlı tarixinin heç birdövründə indiki qədər müstəqil və güclü olmayıb:

“Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə görülənişlər, həyata keçirilən əsaslı islahatlar möhtəşəm uğurların əldəolunmasını, müstəqilliyimizin daha da möhkəmlənməsini, Azərbaycanınsosial-iqtisadi tərəqqisini təmin edib. Cənab Prezident İlhamƏliyevin xalqın və dövlətin gələcəyinə dəqiq hesablanmış uğurlustrategiyası təkcə Azərbaycanın deyil, həm də bütün regionölkələrinin və qonşu dövlətlərin inkişafı üçün yeni, daha genişperspektivlər açıb. İqtisadi gücünü dinamik şəkildə artıranAzərbaycan artıq sadəcə regional deyil, həm də dünya miqyasındaönəmli siyasi-iqtisadi və hərbi güc mərkəzinə çevrilib.Bütün bunailiyyətlər ölkəmizin 2003-cü ildən bu günə qədər əldə etdiyimöhtəşəm nailiyyətlərin yalnız bir hissəsi olmaqla, Azərbaycanxalqının 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezidentseçkilərində yeganə ən doğru seçim etdiyinin əyani sübutudur”.

Məqalədə:
Chosen
226
8
az.trend.az

10Sources