EN

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi dosent Sitarə Tarixazərin hazırladığı “Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin “MAKS Press” nəşriyyatında çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Azərbaycan, ingilis və rus dillərində çap edilmiş kataloqun elmi redaktoru AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli, rəyçiləri - Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutunun direktoru akademik Ахмеtkal Medeu, Hidrogeologiya və Geoekologiya İnstitutunun direktoru akademik Malis Absametov, habelə Coğrafiya İnstitutunun şöbə müdirləri professor Rza Mahmudov və dosent Nəriman Paşayevdir.

Kitabın giriş hissəsində sürüşmə problemi, təhlükəsi, başvermə yerləri və mübarizə üsulları haqqında qısa məlumat verilib.

Kataloqda 2000-2023-cü illər üçün Azərbaycanda və rayonlar üzrə sürüşmələrin dövriyyəsinin qrafikləri, aylar üzrə təzahürləri, sürüşməyə meyilli zonalarda yerləşən yaşayış məntəqələrinin sayı və sürüşmə təhlükəli ərazilərdə yaşayan əhalinin rayonlar üzrə sayı göstərilib. Akademik Budaq Budaqovun materiallarından istifadə edilməklə Azərbaycanda sürüşmə sahələrinin yayılma xəritəsi tərtib olunub. Sürüşmə hadisələrinin inkişafı Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan ərazisi də daxil olmaqla), Kür-Araz ovalığı və Lənkəran rayonlarına bölünüb. Kataloq, həmçinin sürüşmə hadisələrinə aid çoxsaylı fotoşəkillərlə zəngindir.

Chosen
434
tehsil.biz

1Sources