EN

Sevgisi nakam qalanlar, qovuşa bilməyənlər: Azərbaycanın subay məşhurları - Siyahı, Foto

Deyirlər, subaylıq sultanlıqdır...Lent.az sultanlıq taxtından enməyən məşhurlarımız barədə məlumat verib.34 yaşlı aktrisa və aparıcı Kəmalə Piriyeva hələlik evlənmək arzusunda deyil.33 yaşlı müğənni Günay İbrahimli də hələlik həyatına heç kimi qəbul eləmir.55 yaşlı aşıq Telli Borçalı vaxtilə onu döyə biləcək güclü bir kişi ilə ailə quracağını desə də, hələ elə bir qoçaq tapılmayıb.40 yaşına çatan müğənni Azəri qızı Günel üç dəfə evlənməyə cəhd etsə də, nikah masasına oturmayıb.44 yaşlı aparıcı Nanə Ağamalıyevanın da könlünü ovlayan qəhrəman tapılmayıb.62 yaşlı müğənni Şəbnəm Tapdıq da bu siyahıya daxildir.53 yaşlı müğənni və pedaqoq Teymur Əmrah da tənhalığa üstünlük verib.56 yaşlı müğənni Samir Bağırov da evlənməyən məşhurlarımızdandır.44 yaşlı müğənni Samir Cavadzadə də subaylar karvanının üzvüdür.40 yaşlı aparıcı Samir Bayramlı ailə qurmağı düşünsə də, hələlik evlənmir.54 yaşlı müğənni Mətanət Əsədova sevgilisi olduğunu desə də, ailəli deyil.Azərbaycan mədəniyyətində iz qoymuş bir çox klassik sənətkarlarımız da subay yaşayıb, dünyadan subay köçüblər.Xanəndə Seyid Şuşinski. 76 yaşında vəfat edib. Gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ xalq artisti Kövkəb Səfərəliyeva 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.Şair Məhəmməd Hadi də evlənməyənlər sırasındadır. O, 41 yaşında vəfat edib.Hüseyn Cavidin qızı Turan Cavid 77 yaşında vəfat edib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası xalq düşməni elan edildiyi üçün bu evlilik baş tutmayıb.Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında ailə həyatı qurmadan vəfat edib. O, Turan Cavidlə sevgili olub.Akademik Azad Mirzəcanzadə 80 yaşında vəfat edib. O da heç vaxt ailə həyatı qurmayıb.Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında vəfat edib. O da heç vaxt evlənməyib.Poliqon.info

Chosen
535
2
poliqon.az

3Sources