EN

Dörd nəfərə 40 ilə yaxın cəza -Tərtər

2017-ci ildə Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə suçlananlardan dörd nəfərin mühakiməsi yekunlaşır. Bunlar Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.Tərtər işgəncələri ilə bağlı mühakimə olunanların hamısının işi üzrə araşdırmaları Bakı Hərbi Məhkəməsinin hakimləri aparsalar da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.“İttiham aktında yazılıb ki, “yuxarı komandanlığın əmri ilə mütəşəkkil dəstə yaradılıb, bu cinayətlər törədilib”. Bəs mütəşəkkil dəstəni yaradan yuxarı komandanlıq hanı? Yuxarı komandanlıq yoxdur ortada…”, – V.Ələsgərovun vəkili Samir İsayevin sözləridir.Gununsesi.info xəbə verir ki, Тərtər hadisələrində işgəncə nəticəsində ölən hərbçi Elçin Quliyevin anası Validə Əhmədova bildirib ki, üstündən altı il keçsə də, oğlunu kimin öldürdüyünü hələ öyrənə bilməyib. O bu hadisələrdə əli olan şəxslərə dövlətə xəyanət və qəsdən adam öldürmə ittihamları verilməsini, bu əsasla da işin ibtidai istintaqa qaytarılmasını tələb edib.İşgəncə nəticəsində həyatını itirən başqa bir hərbçi Süleyman Kazımovun qardaşı Əhəd Kazımov deyir ki, korpus komandiri olmuş general Hikmət Həsənovun nəinki məsuliyyətə cəlb olunmaması, ümumiyyətlə, dindirilməməsi anlaşılan deyil: “Sanki sürücüsü Hikmət Həsənov olan avtobusda mütəşəkkil dəstə var. Avtobus aşıb. Amma sürücü ortada yoxdur…”.Gununsesi.info

Chosen
455
gununsesi.info

1Sources