EN

Xankəndidə bu hadisə Güneyi sevincə qərq etdi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan əsgərlərinin fədakarlığı ilə torpaqlarımızın azad olunması, Qarabağın bütün bölgələrində üçrəngli bayrağımızın dalğalandırılması Azərbaycanımızın Quzeyi kimi, Güneyində də böyük sevincə səbəb oldu.

Bu sözləri Axar.az-a güneyli şair və jurnalist Məsud Haray 30 ildən sonra Qarabağın bütün bölgələrində Azərbaycan bayrağının dalğalanmasına güneylilərin münasibətindən danışarkən deyib.

O bildirib ki, oktyabrın 15-i Türk Dünyası üçün zəfər günü idi:

“İnsanların sevincini sosial şəbəkələrdə yazılan şərhlərdən də aydın hiss etmək olur. Güney Azərbaycandan olan insanlar bu zəfərə biganə qala bilməzdilər. Qarabağda Azərbaycan bayrağının dalğalanması onlar üçün də böyük sevincə səbəb oldu. Bu zəfər güneylilərə özgüvən verdi. Onlar qürurla “Biz Azərbaycanın özüyük” dedilər, azərbaycanlı olduqlarını bir daha İran rejiminin nəzərinə çatdırmış oldular. Şanlı bayrağımız Xankəndidə dalğalandı. Tezliklə Təbrizdə də dalğalanacağına ümid edirik. Mənim kimi yüzlərlə güneyli bu arzularla yorumlar, şərhlər yazırdı. Biz buna həqiqətən inanırıq. Bayrağımızın dalğalanması üçün canlarını fəda edən igid əsgərlərimizi də unutmamaq lazımdır. Biz şəhidlərimizin al qanı ilə bu qələbəni əldə etmişik. Bu, həm də türk dövlətlərinin işbirliyi sayəsəndə daha böyük zəfərlərə nail olmağımızın mümkünlüyünə bir işarədir”.

Məsud Haray bildirib ki, Xankəndidə Azərbaycan bayrağının dalğalanması SEPAH təlimlərinə cəlb olunan erməni separatçıları qəmə batırıb:

“Biz oktyabrın 15-də bu sevinci yaşadığımız günlərdə erməni daşnakları, Qarabağdan qaçaraq İranda təlim keçən erməni separatçıları böyük bir üzüntü içində idilər. Qələbəmizdən məyus olanlar arasında İran rejimi də vardı. Çünki bu layihənin arxasında böyük maddi yatırımlar edən rejim nəticədə heç nə əldə etmədi”.

Chosen
651
1
axar.az

10Sources