Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “15 aprel - Beynəlxalq Mədəniyyət Günüdür” adlı kitab sərgisi təşkil edilib.
MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan ənənəvi sərgidə mədəniyyət və incəsənət tarixi, musiqi, memarlıq, xalçaçılıq, teatr və kino sənətinə dair müxtəlif dillərdə dəyərli əsərlər nümayiş olunur. Sərgidə “Heydər Əliyev və mədəniyyət” , “Heydər Əliyev. Mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə”, “Литература Искусство Культура Азербайджана”, “Azərbaycan incəsənəti dünya muzeylərində”, “Carpet products”, “Azərbaycanın maddi mədəniyyət tarixi”, “Azərbaycanın Xocalı Gədəbəy mədəniyyətinin materialları Avropa muzeylərində”, “Qarabağ xanəndələri”, “Musiqi mədəniyyətimiz və müasirlik”, “Azərbaycan memarlığı inkişaf yollarında”, “Azərbaycan muğamşünaslığı”, “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər”, “Azərbaycan memarlıq abidələri. XI – XVII əsrlərinin tipologiyası”, “Mədəniyyət siyasəti və mənəvi dəyərlər”, “Kinoşünaslıq”, “Səhnə fədailəri”, “The Holy Carpet of the Mosque at Ardebil” (Mərkəzi Elmi Kitabxananın həcmcə ən iri kitabı), “Türkmənlərin mənəvi dünyası”, “Müzik tarihi özeti”, “Türkiyenin somut olmayan kültürel mirası” adlı kitablar sərgilənir.
Sərgi iki həftə müddətində davam edəcək.
Anar ƏLİXQ