EN

Bəstəkar Qəmbər Hüseynlinin musiqi mirası - VİDEO

Bu gün tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin doğum günüdür. Onun mahnı və romansları lirizm, milli musiqi və poeziya ilə üzvi əlaqəsi və yeni intonasiyaları ilə fərqlənir.
QHT.az xəbər verir ki, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri Komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, bəstəkar Qəmbər Hüseynlinin sərhədlər aşan əsəri məşhur “Cücələrim” mahnısıdır.
Qeyd edək ki, Sovet multiplikasiyasının şedevrlərindən olan "Ну, погоди!" silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dillində səslənib. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi “Cücələrim” mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və qonaqlara üz tutuaraq deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”.
 

 
Pərvanə Fərhadqızı

Chosen
467
qht.az

1Sources