EN

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Ruben Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb.Sherg.az xəbər verir ki, məktubda deyilir:“Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,Biz – Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik.Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər.Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub.Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb.Beynəlxalq hüquq normalarını heçə sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edib, fəaliyyəti ilə Azərbaycan ərazisində “boz zona”nın saxlanmasını təşviq edib, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub.Ruben Vardanyan kimiləri üçün çirkli pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrdə Qarabağa gətirmiş əsas motivlərdən birinin də məhz Ermənistan ordusunun Qarabağdakı tör-tökünlərini yenidən təşkilatlandırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşımaq olması istisna deyil.Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.Ruben Vardanyanın bir çox ölkələrdə qaranlıq maliyyə fəaliyyətinə dair ciddi şübhələr var. 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı “Troyka Camaşırxanası” adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi iddia edilən qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un “offşor sistemi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.Çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib.Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq.İmzalar:Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədriRamil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədriAzər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədriZaur İbrahimov - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədriGünel Səfərova - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədriƏliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidentiNovella Cəfərova - D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədriSəidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədriSəadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədriUmud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentiRauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədriXatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədriVüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədriLeyla Hüseynova - "Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədriKönül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədriSevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədriRey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədriMehriban Məmmədova - “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədriXalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədriTünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədriCeyran Həsənova - Şəhid Analarına Dəstək İctimai Birliyinin sədriTelman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədriBəhruz Məmmədzadə - "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri,Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədriFüzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədriCeyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədriNaibə Behbudova - “Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədriHafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədriOktay Sadıqov - "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədriRoza Əliqızı - “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədriFariz Xəlili - MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədriAqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyinin sədriŞahin Camalov - "İnsan Hüquqları XXI əsr Azərbaycan" Fondunun prezidentiƏhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədriMayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədriAyşən Hüseynova - Soyqırımı həqiqətlərinin tanıdılması İctimai Birliyinin nümayəndəsiŞəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədriDavud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədriİradə Rizazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədriAdilə Qəmbərova - Xankəndi sakiniArif Tağıyev - Xankəndi sakiniHabil İsmayılov - Xankəndi sakiniSüleyman Yusibov - Laçın sakiniElxan Təhməzov - Laçın sakiniSaleh Qasımov - Ağdərə sakiniBilal Axundov - Ağdərə sakiniMəhəddin Quliyev - Ağdərə sakiniRamin Nadirov - Kəlbəcər sakiniƏdalət Bəxtiyarov - Kəlbəcər sakiniZümrüd Quliyeva - Ağdam sakiniNadya Allahyarova - Ağdam sakiniGülnarə Əhmədova - Füzuli sakiniSəməd Əliyev- Füzuli sakiniGüləli Məmmədov - Zəngilan sakiniƏlövsət Tanrıverdiyev - Cəbrayıl sakiniMurad İbişov - Cəbrayıl sakiniEtiraf Qasımov- Zəngilan sakiniİslam Bayramov - Xocavənd sakiniFaiq Fətəliyev - Xankəndi sakiniMəlahət Hüseynova - Xocalı sakiniAqilə Əlizadə - Şuşa sakiniİman Allahverdiyev - Xocalı sakiniArif Əliyev - Xankəndi sakiniZamin Həsənov - Xankəndi sakiniFamil Şükürov – Şuşa sakiniYelmar Ələsgərov – Şuşa sakiniYasin Məhərrəmov - Xankəndi sakiniGülnaz Salahova - Xankəndi sakiniSeymur Nəbiyev - Xankəndi sakiniTacimə Quliyeva - Xankəndi sakiniXəyyam Allahverdiyev - Xankəndi sakiniEtibar Abışov - Xocavənd sakiniAzad Əliyev - Şuşa sakiniMurad Allahverdiyev - Xocalı sakiniVidadi Əliyev - Xocalı sakiniNizami Balayev - Şuşa sakiniƏlövsət Vəliyev - Şuşa sakiniFəxrəddin İsmayılov - Şuşa sakiniŞükür Quliyev - Xocavənd sakiniRoman Quliyev - Xankəndi sakiniTubu İbrahimova - Xankəndi sakiniArif Hüseynov - Xocavənd sakiniMuradxan Quliyev - Xocavənd sakiniElçin Dadaşоv - Xankəndi sakiniƏbülfət Məmmədоv - Xankəndi sakiniQuzal Abbasova - Xocalı sakiniMinarə Bayramоva - Xocalı sakiniŞükür İbrahimоv - Xocavənd sakiniVaqif Həsənоv - Xocalı sakiniƏyanət Məmmədоv - Xocavənd sakiniArif Dоstiyev - Şuşa sakiniMələk Abbasova - Xocalı sakiniElmira Kərimova - Xocalı sakiniNazilə Məhərrəmova – Şuşa sakiniFamil Kərimov – Şuşa sakiniAnar Əsədov - Xocalı sakiniRəvan Həsənov - Xocalı sakiniRahilə Rəhimova - Şuşa sakiniRamil Babayev - Xocavənd sakiniBəxtiyar Məmmədov - Xocavənd sakiniRafiq Hümbətov - Şuşa sakiniRafail Məmmədov - Şuşa sakiniAnar Əbdülov – Xocalı sakiniNəbi Əzimov – Şuşa sakiniNargilə İsgəndərova - Xocavənd sakiniZamin Nadirov – Şuşa sakiniSahibə Şahmuradova – Xocalı sakiniRamil Qasımov – Şuşa sakiniŞahnaz Behbudova – Xocalı sakiniSeymur Bəxtiyarov - Xankəndi sakiniVahid Ələkbərov – Şuşa sakiniGülnaz Orucova – Xocalı sakiniBakir Məmmədov – Xocalı sakiniTahir Cəfərov - Xocavənd sakiniFatma Hüseynova - Xocavənd sakiniQəmər Məmmədova – Şuşa sakiniMahir Səfərov – Xocalı sakiniMəlahət Məmmədova – Xocalı sakiniRəna Əzimova – Xocalı sakiniRamiz Həsənov – Şuşa sakiniQəmbər Məhərrəmov - Xankəndi sakiniİlham Kərimov – Şuşa sakiniFəxrəddin Əsədov - Xocavənd sakiniCəlal Camalov - Xocavənd sakiniQabil Əkbərov – Xocalı sakiniZenfira Əliməmədova – Xocalı sakiniSurxay Quliyev – Xocalı sakiniElman Xəlilov - Şuşa sakiniSirac Malasov - Kəlbəcər sakiniCeyhun Baxışov -Kəlbəcər sakiniHicran Əmrahova - Kəlbəcər sakiniFəqan Vəliyev – Şuşa sakiniYəhya Niyazov – Şuşa sakiniQənimət Bayramov – Xocalı sakiniElnur Bəylərov – Şuşa sakiniMöhübbət Həsənov – Şuşa sakiniElbəniz Hüseynov - Xocavənd sakiniVasif Əliyev - Xocavənd sakiniRövşən Qasımov - Xocavənd sakiniHəsən Əhmədov – Xocalı sakiniSvetlana Cavadova – Xocalı sakiniFidan Əliyeva – Xocalı sakiniNüşabə Quliyeva – Şuşa sakiniAlesiya Bəhmənova – Şuşa sakiniSara Həsənova - Xocəvənd sakiniSəyyarə Nəcəfova - Xocəvənd sakiniFuad Salahov – Şuşa sakiniTaleh Cabbarov - Xankəndi sakiniBulus Quliyev - Xankəndi sakiniVaqif Həsənov – Şuşa sakiniEmin Zeynalov – Şuşa sakiniİlqar Əmirov - Xankəndi sakiniİsmayıl Cəbrayılov – Şuşa sakiniƏfqan Rzayev - Xankəndi sakiniMöhübbət Səfərov - Xankəndi sakiniƏvəz Mehralıyev – Şuşa sakiniQalib Mirzəliyev – Şuşa sakiniNəbi Qasımov - Xocavənd sakiniRasim Hüseynov - Xocavənd sakiniFazil Quliyev – Xocalı sakiniƏdalət Qasımov – Şuşa sakiniMəhəmməd Zeynalov – Xocalı sakiniƏhliman Quliyev – Xocalı sakiniRamiz Süleymanov – Şuşa sakiniMənsur Nəcəfov – Xocalı sakiniFikrət Abbasov - Xocavənd sakiniVahid Abbasov – Xocalı sakiniCəmil Rəhimova - Xocalı sakiniValeh Allahverdiyev - Şuşa sakiniAslan Əmirov - Şuşa sakiniZahir Usubov - Xocalı sakiniMahirə İsmayılova – Xocalı sakiniSəxavət Abbasov – Şuşa sakiniMehman Həşimov – Xocalı sakiniGəray Həşimov – Xocalı sakiniXatirə Cəfərova - Xocəvənd sakiniVasif Həşimov – Şuşa sakiniVüqar Kərimov – Şuşa sakiniRza Məmmədov - Xocəvənd sakiniSəbuhi Məmmədov – Şuşa sakiniReyhan Quliyeva – Şuşa sakiniNovruz Rəsulov - Xankəndi sakiniMüzəffər Qurbanov - Xankəndi sakiniSevil Şükürova - Xankəndi sakiniElxan Ağayev – Şuşa sakiniVaqif Ağayev – Xocalı sakiniVaqif Məmmədov – Xocalı sakiniZülfü Quliyev – Xocalı sakiniMəzahir Ağayev – Xocalı sakiniNadir Məmmədov – Xocalı sakiniFazil Quliyev – Xocalı sakiniMəhəmməd Zeynalov – Xocalı sakiniVaqif Məmmədov – Xocalı sakiniƏləmşah Hüseynov – Şuşa sakiniMəmməd Süleymanov – Şuşa sakiniXanımzər Sadıqova – Şuşa sakiniNazim Mirzəyev - Xankəndi sakiniİnşallah Mahmudov - Xankəndi sakiniLətafət Quliyeva – Şuşa sakiniTacir İsmayılov – Xocalı sakiniAdil Əzizоv – Şuşa sakiniMustafa Səfərov - Laçın sakiniÜlfət İlyasov - Laçın sakiniRauf Əhmədov - Laçın sakiniMahir Səmədov - Ağdərə sakiniTəbib Əzizov - Ağdərə sakini”.

Chosen
644
3
sherg.az

4Sources