EN

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Ötən

Bakı, 27 aprel, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 3 tüfəng, müxtəlif çaplı 150 patron və 1 alışdırıcı təhvil götürüblər.

Eyni zamanda, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng də aşkar edilərək götürülüb.

Həmçinin polis əməkdaşları həmin gün Xankəndi şəhəri ərazisindən müxtəlif markalı 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, müxtəlif çaplı 2 min 210 patron və digər sursatlar aşkar ediblər.

Chosen
279
10
azertag.az

10Sources