NASA 2030-cu illərin əvvəllərində Ayda nadir elementlərin və dəmirin hasilatına başlamağı planlaşdırır.

Debit.az xəbər verir ki, bunu Brisbendə (Avstraliya ) keçirilən mədən konfransında NASA-nın Conston Kosmik Mərkəzinin raketçi alimi Cerald Sanders deyib.

Onun sözlərinə görə, Aydakı resurslara çıxışın genişləndirilməsi xərclərin azalmasına və iqtisadiyyatın inkişafına təkan verəcək.

Sanders qeyd edib ki, NASA əvvəlcə Ayda oksigen və suyun əldə edilməsini tədqiq edəcək, daha sonra isə dəmir filizi və nadir torpaq elementlərinin çıxarılmasını öyrənəcək.

“Biz kəşfiyyat mərhələsinə sərmayə qoymağa, resursları başa düşməyə,riski azaltmağa çalışırıq ki, kənar investisiyalar məna kəsb etsin, inkişafa və istehsala səbəb ola bilsin”, – Sanders deyib.

Bu ayın sonunda NASA Ayın səthinə sınaq qurğusu göndərəcəyini deyən Sanders bildirib ki, 2032-ci ilə qədər geniş miqyaslı qazıntılar planlaşdırılır və həmin ilə qədər aşkar edilən istənilən elementin emalı üçün zavod açılacaq.

Oxundu: 178