Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Debit.az quruma istinadən xəbər verir ki, idxalatçı şirkət “AFM Construction” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Ptizefabrika Qorodok”” MMC-nin istehsalı olan 7610,07 kq dondurulmuş toyuq məhsulunda AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçıölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

Oxundu: 164