EN

“Füzuli şəhəri yenidən qurulur, dirçəlir” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərin şəhər günlərini təsis etdikdən sonra artıq həmin günlərdə əhəmiyyətli tədbirlər keçirilir. Dünən isə ölkə başçısı Füzuli şəhərində oldu və sakinlərlə görüşdü. Biz hər zaman olduğu kimi ölkə başçısının maraqlı fikirlərini eşitdik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, cənab Prezident çıxışı zamanı qələbənin memarı olan şəhid, qazi, əsgər və zabitlərimizin böyük töhvəsini qeyd etdi: “Eyni zamanda dövlət başçısı dövlət və xalq olaraq onları, qəhrəmanlıqlarını heç bir zaman unutmayacağımızı bildirdi.

Artıq Füzuli şəhəri yenidən qurulur, dirçəlir. Bu fonda da hissəli şəkildə ailələr Füzuliyə köçürülür. Qarşıdakı illərdə Füzuli sakinləri tamamilə yenilənərək, bərpa edilmiş şəhərdə yaşayacaqlar. Böyük Qayıdış konsepsiyası bütün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçiriləcək və uzun illər yurd-yuvasından ayrı düşmüş sakinlər öz ata-baba evlərinə geri dönəcək. Bunun üçün ölkə başçısının siyasi iradəsi, konkret mövqeyi ilə Böyük Qayıdış mərhələli şəkildə həyata keçiriləcək”.

Müəllif: Səbinə Hüseynli
Chosen
408
44
sia.az

10Sources