EN

“Qarabağ” futbolçusu ilə müqavilə müddətini uzatdı

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.

Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Azərbaycan çempionu bir gün əvvəl müdafiəçi Bəhlul Mustafazədə ilə müqavilənin müddətini 3 illik artırıb.

Chosen
167
9
cbcsport.az

10Sources