Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin oyunlarının tarixləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, oyunlar mayın 7, 8, 10 və 11-də keçiriləcək.
Yarımfinallarda iki qələbə qazanan komandalar finala yüksələcəklər. Komandalar hərəyə bir qələbə qazanacağı təqdirdə, mayın 13-də seriyanın üçüncü oyunları baş tutacaq.
Qeyd edək ki, qarşılaşamaların hamısı “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.
Yarımfinal
7 may
19:30. “Sabah” – “Xırdalan”
8 may
19:30. “NTD-İndiqo” – “Xəzri”
10 may
19:30. “Xırdalan” – “Sabah”
11 may
19.30. “Xəzri” – “NTD-İndiqo”