EN

"Təbiət” fənninin tədrisi müəllimlərin dərs yükünə təsir etməyəcək” Nazirlik

Ümumi təhsil müəssisələrinin V və VI siniflərində “Təbiət” fənninin tədrisinə başlanmasının müəllimlərin dərs yükünə hər hansı bir təsiri olmayacaq.

Press.az xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, inteqrativ fənn olan “Təbiət” V və VI siniflərdə “Həyat bilgisi”, “Fizika” və “Biologiya” fənlərinin saatları hesabına tədris edilir.

“Əvvəlki illərdə bu siniflərdə həmin fənlərin tədrisinə ümumilikdə ayrılmış 5 saat V siniflərdə 2, VI siniflərdə 3 saat olmaqla “Təbiət” fənninin tədrisinə veriləcək. Bu il “Təbiət” fənni üzrə dərsliklər tədris ili başlayanadək bütün ümumi təhsil müəssisələrinə çatdırılacaq”, - deyə cavabda qeyd olunub.

Qeyd edək ki, növbəti tədris ilindən ümumtəhsil məktəblərinin VI sinfində “Təbiət” fənninin tədrisinə başlanılacaq, əvəzində isə “Fizika” və “Biologiya” keçilməyəcək.

Chosen
835
8
press.az

7Sources