EN

"Müəllim nüfuzuna xələl gətirəcək açıqlamalar səsləndirməyək" - Ekspert

"Sertifikasiyanın keçirilməsi ümumi müasir çağırışlara cavab verən pedaqoji heyətin formalaşdırılması, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi və bunun müqabilində onların əmək haqlarına baxılmasını əhatə edən bir prosesdir".

Press.az xəbər verir ki, bunu Redaktor.az-a təhsil eksperti Elçin Əfəndi deputat Siyavuş Novruzovun müəllimlərin sertifikasiyası məsələsi ilə narahatlıqların olması barədə Milli Məclisdəki çıxışına münasibət bildirərkən deyib.

"Düşünürəm ki, bunun keçirilməsi təhsilin keyfiyyət göstəricilərinə gələcəkdə təsir edəcək. Yəni mütləq biz bunu gözləyirik. Amma qaldı ki, orada iddia səslənir ki, müəllimlər test verir və testdən sonra onun psixologiyası yoxlanılımr, bu özü də yanlış düşüncədir. O baxımdan, bilirsiniz ki, müəllimlərin işə qəbul imtahanı iki mərhələdən ibarətdir, hətta bir neçə mərhələdən ibarətdir. Sadəcə, əsas iki mərhələdir ki, burada müsabiqə və ardınca müsahibə mərhələsidir. Eyni zamanda onların psixologiyası yoxlanılır və nəticə etibarı ilə, əgər müəllim də bütün parametrlərə cavab verirsə, onun müvafiq təyinat üzrə işlə təmin olunması həyata keçirilir. Burada iddia etmək ki, onun psixologiyası yoxlanılmır, bunlar mənim fikrimcə, doğru yanaşma deyil. Eyni zamanda, müəllim üzərinə basqı ilə getməyin xoşagələn bir vəziyyət yaradacağını da düşünmürəm. Biz bacarmalıyıq ki, müəllim nüfuzuna xələl gətirəcək açıqlamalar və yaxud iddiaları səsləndirməyək",- deyə ekspert vurğuladı.

Chosen
825
press.az

1Sources