EN

Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Türkiyənin paytaxtı Ankarada Türkiyə Ağırlıqqaldırma Federasiyasının (TAF) prezidenti Tələt Ünlü ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüş zamanı federasiyalar arasında münasibətlərin sıxlaşdırılması və daha da inkişaf etdirilməsi müzakirə edilib.

Həmçinin, təcrübə mübadiləsinin davam etdirilməsi, dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və digər məsələlərlə bağlı söhbət aparılıb.

İdman.biz

Chosen
255
8
idman.biz

9Sources