EN

Misli Premyer Liqasında XXXIV tura start verilir

Bu gün Misli Premyer Liqasında 34-cü tura start veriləcək.

Turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Neftçi" "Kəpəz"i qəbul edəcək."Neftçi" Arena"da keçiriləcək qarşılşama 19:00-da başlayacaq. "Neftçi" hazırda 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Kəpəz" isə 35 xalla səkkizincidir. Qeyd edək ki, matç "CBC Sport"la canlı yayımlanacaq.

10 may

19:00. "Neftçi" – "Kəpəz"
“Neftçi Arena”

11 may (şənbə)

17:00.“Araz-Naxçıvan” – “Turan Tovuz”

"Liv Bona Dea Arena"

19:30. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksi

12 may (bazar)

17:00."Qəbələ" - "Sabah"

Qəbələ şəhər stadionu

19:30."Sumqayıt" - "Səbail"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Chosen
239
cbcsport.az

1Sources