Ermənistanda hökumət əleyhinə etiraz aksiyaları davam edir.
“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan vətəndaşları İrəvanda yerli vaxtla 18:30-da Respublika meydanında toplaşmağa çağırıb.
Bununla yanaşı, hazırda Ararat vilayətində və İrəvan Dövlət Universitetində də etirazlar başlayıb.
Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan aksiyalara və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb.