EN

"Ermənistanda dövlət çevrilişi baş verməyəcək" - Politoloq

"Nə küçə yürüşləri ilə, nə də parlamentdə Nikol Paşinyanın istefasına nail ola bilməyəcəklər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politooq Cümşüd Nuriyev Ermənistanda etiraz aksiyalarına başlayan qüvvələrin indi də parlamentdə Paşinyanın impiçmentinə nail olmaq cəhdlərini şərh edərkən deyib.

Cümşüd Nuriyev bildirib ki, Ermənistanda Paşinyana qarşı başlanan etiraz aksiyaları Rusiyanın maraqları çərçivəsindədir:

"Paşinyan Qərbpərəst siyasət yürüdüb, aeroportdan Rusiya qoşunlarının çıxarılmasını tələb edəndə, bildirdik ki, Ermənistanda çevrilişə hazırlaşırlar. Amma nə qədər çabasalar da, müxalif qüvvələr Paşinyanı devirə bilməyəcək. Bu baş tutmayacaq. Nə küçə yürüşləri ilə, nə də parlamentdə Paşinyanın istefasına nail ola bilməyəcəklər. Ermənistan parlamentində çoxluq onsuz da Paşinyanın partiyasının əlindədir. Erməni xalqı artıq Qarabağ ermənilərindən bezib. Yenidən övladlarını itirmək istəmirlər. Arxiyepiskop Baqrat Qalstanyan da Koçaryanın əlaltısıdır. Onlar bu işə biznes kimi baxırlar. Min illərlə Ermənistanda dövlət olmayıb deyə, bu işlərə kilsə rəhbərlik edib. İndi də kilsə həmin missiyanı üzərinə götürmək istəyir. Amma Paşinyana bacarmayacaqlar. Yenə də müxalifər məğlub olacaq. Aksiyalarda hay-küy salıb dağılacaqlar. Əsas onlara verilən tapşırığı icra etməkdir və onu da edirlər. Ermənistanda dövlət çevrilişi baş verməyəcək".



Qeyd edək ki, Ermənistanda müxalifət baş nazir Nikol Paşinyanın istefa tələbinə cavab verməməsindən sonra parlamentdə onun impiçmenti proseduruna başlayır. Bu barədə "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda Respublika Meydanında keçirilən mitinqdə bildirib:

"Biz parlamentdə impiçment proseduruna başlayırıq, bu barədə hər üç parlament fraksiyası ilə məsləhətləşmələr aparacağıq". 

Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılıq əldə olunduqdan sonra başlayıb. Mayın 4-də isə  arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana doğru yürüş başlayıb. 

Rüfət Sultan

Chosen
267
50
qaynarinfo.az

10Sources