BMT Baş Assambleyası Fələstinin qurumun tamhüquqlu üzvü olmaq istəyini dəstəkləməyə hazırlaşır.
Bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, bu gün səsverməyə çıxarılacaq qətnamə layihəsi fələstinlilərə 2024-cü ilin sentyabrından BMT üzvləri arasında iclas zalında yer kimi əlavə hüquqlar və imtiyazlar verəcək.
Bildirilib ki, BMT-nin tamhüquqlu üzvü olmaq üçün ərizə əvvəlcə Təhlükəsizlik Şurası, sonra isə Baş Assambleya tərəfindən təsdiqlənməlidir.
Bu səsvermə fələstinlilərə qlobal dəstək rolunu oynayacaq. \\Axar.Az
***
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.
Baş Assambleya Fələstinin təşkilata üzvlüyünün TŞ-də yenidən müzakirə olunmasını və ona bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini təsdiqləyib. \\Axar.Az