EN

Erməni revanşist ekspert: Kilsənin siyasətə girməsi Ermənistanda liberalizm dövrünün bitməsi aktıdır

2018-ci il yalnız dağıntı gətirən gecikmiş bir “inqilab” idi.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Stepan Danielyan sosial şəbəkələrdə yazıb.

“Ermənistanda yalnız psevdo-rəssamlar və “mütəfəkkirlər qrupları” tarixi səhnəni tərk etmiş liberalizmin tərəfdarları olaraq qalırlar. Onlar bunun üçün Ermənistanın bir hissəsini (Azərbaycanın qanuni torpaqları erməni həyasız revanşistə görə belə adlanır-red.) qurban verib, başqa bir hissəsinin varlığını şübhə altına alırlar və indi teokratiyadan qorxurlar.

Amma kilsənin müvəqqəti olaraq siyasətə girməsi sadəcə olaraq Ermənistanda liberalizm dövrünün bitdiyini bəyan edən simvolik bir hərəkətdir. Sivilizasiyanın müasir mərhələsinə uyğun gələn mütərəqqi mühafizəkarlıq dövrü başlanıb.

Qalanı kilsənin işi deyil. Qalan hər şey siyasi sferada baş verməlidir”, - deyə erməni ekspert yazıb.

Musavat.com

Chosen
328
50
musavat.com

10Sources