EN

UEFA-dan Avro-2024 öncəsi yeni qərar

style='margin-bottom:10px;'>

UEFA Avro-2024 öncəsi yeni qərar qəbul edib.

QOL.az xəbər verir ki, bu barədə UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti danışıb. Yeni qərara əsasən, görüşün hakimləri kritik epizodlarda verilən qərarlar haqqında komandaların kapitanlarına açıqlama verəcəklər: 

"Müasir futbolda hakim olmaq çox çətindir. Bəzən hakimlər mübahisəli vəziyyətlərdə böyük təzyiq altında hər 22 saniyədə bir olmaqla 200-dən 250-yə qədər qərar vermək məcburiyyətində qalırar.  Hər bir epizod həm azarkeşlər, həm də mütəxəssislər, şərhçilər tərəfindən müxtəlif rakurslardan təkrar izlənir və diqqətlə araşdırılır. Biz hakimlərdən bəzən baş verən hadisələrə görə məsuliyyət daşımalarını xahiş edirik. Müasir dövrdə VAR hakimləri referilərə daha dəqiq bir qərarın qəbul olunması üçün köməklik göstərirlər. Artıq hakimlər kritik epizodlarda verdikləri qərarların səbəbini komandaların kapitanlarına açıqlamalıdırlar. Nəticədə onlar qərarın necə verildiyini başa düşəcəklər. Hakimin qərarını 22 oyunçuya açıqlaması mümkünsüzdür. Buna görə də referilər matçdakı kritik qərarları komandaların kapitanlarına bildirməlidirlər. UEFA-nın peşəkar hakimlərdən ibarət komandası Avro-2024-də mübarizə aparacaq hər bir komandanın kapitanı ilə görüşəcək"

Chosen
240
4
teleqraf.com

6Sources