EN

Azərbaycan futbolunda nadir hadisə: 7 qol vurdu, tarixə düşdü - VİDEO

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.


 “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub.


O, II Liqanın 25-ci turunda, "Kürmük Qax"la ev matçında fərqlənib. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.


Hər iki oyunçu buna “Kəpəz”in formasında nail olub. Fazil Pərvərov 1993/1994 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) 7 dəfə fərqlənib. Üç il sonra - 1996/1997 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.


Qeyd edək ki, "Füzuli" - "Kürmük Qax" qarşılşaması meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb./publika.az


Chosen
274
16
referans.az

10Sources