EN

FİFA dünya çempionatı ilə bağlı qərarını açıqladı

FİFA 2026-cı ildə keçirilməsi planlaşdırılan qadınların klublararası dünya çempionatı üçün iştirakçı sayını müəyyənləşdirib.

Publika.az xəbər verir ki, konfederasiyalar və digər maraqlı tərəflərlə aparılan geniş məsləhətləşmələrdən sonra 2026-cı ilin yanvar-fevral aylarında keçiriləcək ilk yarışa 16 komandanın cəlb edilməsi qərara alınıb. Turnir dörd ildən bir keçiriləcək. Daha ətraflı məlumat zamanla açıqlanacaq.

FİFA qadınların klublararası dünya çempionatından əlavə, qadın komandaları üçün klub yarışlarının təşkilini planlayır.

Qeyd edək ki, bu, qadınların klublararası ilk dünya çempionatı kimi tarixə düşəcək.

Chosen
202
4
publika.az

5Sources