Bu gün Misli Premyer Liqasında 35-ci tura star veriləcək.
İlk oyun günündə bir görüş keçiriləcək.
28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" öz meydanında "Turan Tovuz"la qarşılaşacaq.
Qeyd edək ki, turun digər oyunları mayın 18-də və 19-da keçiriləcək.
17 may (cümə)
20:30. “Qarabağ” – “Turan Tovuz”
Tofiq Bəhramov adına Respublika Stadionu
18 may (şənbə)
17:00. “Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”
17:00. “Səbail” – “Neftçi”
“ASCO Arena”
17:00. “Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu
19 may (bazar)
16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu