"Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın" - Siyavuş Novruzov"Biletlərin qiymətinin baha olması ilə bağlı məsələ deputatları narahat edir. Müxtəlif aviaşirkətlərin Azərbaycana gəlməməsi də narahatlıq yaradır".Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Aviasiya haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.O bildirib ki, AZAL-da görüşdə bu məsələləri qaldırıblar: "Mən Naxçıvandan seçilmişəm. Gələcəkdə dövlət büdcəsinin müzakirəsi zamanı məsələ qaldıracam ki, Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın. Çünki verilən 5 milyon dotasiyanın 20-25 %-i bilet məsələsinə aid edilir. Qalan bütün yük AZAL-ın üzərində qalır. Naxçıvan blokadada olduğuna görə bu xərclər dövlət büdcəsi tərəfindən ödənilməlidir. Naxçıvana uçuşlar qaydasına düşüb, ancaq yerdəyişmələr olur".