Dövlət Gömrük Komitəsi (DGK) “Xudafərin-1” şirkəti barəsində inzibati iş başladıb.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Mayın 23-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Hüseyn