EN

Sağlamlıq arayışı almaq bəzi əhali kateqoriyası üçün pulsuz oldu

Azərbaycanda bəzi əhali kateqoriyası sağlamlıq haqqında arayışı pulsuz ala bilər.

Onlar "Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər və Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləridir", Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BBC-yə bildiriblər.

Lakin belə pulsuz tibbi arayışları yalnız TƏBİB-in tabeliyindəki qurumlarda əldə etmək olar.

Azərbaycanda sağlamlıq haqqında arayış üçün tələb olunan rüsum artıq iki ildir ki, 40,12 manata qaldırılılıb. Lakin məsələ hələ də ictimaiyyətin müzakirə mövzusudur. Bu məbləğ əvvəllər 16 manat olub.

Daha əvvəl BBC-yə şikayət edən vətəndaşlar bildiriblər ki, belə bir arayış üçün 40 manat yüksək məbləğdir və xüsusilə, aztəminatlı ailələrin büdcəsinə təsir edir.

Ötən il məsələ ilə bağlı BBC-yə açıqlamasında TƏBİB bildirmişdi ki, “arayışın qiymətini təyin edərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınıb”.

Bununla yanaşı qurum “bəzi əhali kateqoriyası üçün arayışın qiymətində güzəştlər edilməsi ilə bağlı müzakirə apardığını” da qeyd etmişdi.

Ötən il Milli Məclisin səhiyyə komitəsinin keçirilən son iclaslarının birində millət vəkili Məlahət İbrahimqızı arayışların qiyməti ilə bağlı danışarkən bildirmişdi ki, bu məbləğ "kasıb adamlar üçün bir kisə un deməkdir".

BBC-yə danışan bəzi iqtisadi təhlilçilərin fikrincə, sağlamlıq haqqında arayışın verilməsi ya icbari tibbi sığorta paketinə daxil edilməli, ya da onun qiyməti ağlabatan olmalıdır.

"Dövlət büdcəsi hesabına" olmalı müalicəyə niyə pul ödəyirik? - Azərbaycanda onkologiya xəstələri soruşurAzərbaycanda böyrək və qaraciyər köçürülməsi: Pasiyent nə qədər xərcləməlidir?İcbari tibbi sığorta: bu dəfə hansı təkliflər var?“Bu, necə pulsuz icbari tibbi sığortadır ki?”

Sahibkarlıqla məşğul olduğunu deyən 44 yaşlı Şirvan sakini Ziya Əliyev bildirir ki, sağlamlıq haqqında arayışın qiymətinin artması onu da bir işəgötürən kimi narahat edir:

“Mən çörək biznesi ilə məşğulam deyə, yanıma aztəminatlı ailədən olan şəxsləri göndərirlər ki, onları işlə təmin edim. Vətəndaşı işə götürə bilmək üçün onun sağlamlıq haqqında arayışı olmalıdır. Biz işə götürmək istədiyimiz namizədi arayış almağa göndəririk, amma maddi imkanı olmadığı üçün onlar o arayışı ala bilmir. Yaxşı, bunu pullu edirsən, heç olmasa, qiymətini 5-10 manat et də. Sırf bu 40-50 manata görə nə qədər adam işə girməkdən imtina edir. Düşünür ki, 300 manat maaş alacam, nəyimə lazımdır o qədər pul verib arayış alım? İşçi kasıb adamdır, işə düzəlmək üçün bu pulu ödəyə bilmir. Mən də sənədləşməni düzgün aparmaq üçün məcbur o məbləği öz cibimdən ödəyib işçini işə götürməli oluram”.

Ziya Əliyev deyir, elə özü üçün də bu məbləğ yüksəkdir:

“Oğlum üçün sürücülük vəsiqəsi ilə bağlı sağlamlıq haqqında arayış almağa getmişdik. Dedilər ki, 41 manat ödəniş etməlisən. Düşünürəm ki, bu məbləğ çox yüksəkdir. Absurddur da bu. Sağlamlıq haqqında arayış almaqdan ötrü nəyə görə pul ödəməliyik? Onda bu, necə pulsuz icbari tibbi sığorta oldu ki?”

Xəstəxana

Şəklin mənbəyi, Azərtag

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
250
bbc.com

1Sources