EN

Maaş və pensiya artımları belə olacaq - RƏSMİ

Əməkhaqlarının, pensiyaların və digər ödənişlərin artırılması məsələsinə büdcə dürüstləşdirilməsi zamanı baxıla bilər. Təbii ki, bu kimi ödənişlərin artırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin də dediyi kimi “bizim siyasətimizin mərkəzində vətəndaşın sosial rifah halı dayanır”.
Qlobal.net
Teleqraf.com-a istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib. O qeyd edib ki, pensiyaların, müavinətlərin, əməkhaqlarının artımı hər il baş verir: “Bu proses davam edir. Eyni zamanda prioritetlərə də baxmaq lazımdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxlu vəsait xərclənir, yenidən məskunlaşma üçün böyük layihələr ica edilir. Məqsəd odur ki, tez bir zamanda keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıtsınlar. Ona görə də, vəsaitin böyük bir hissəsi bu ərazilərin bərpasına yönəlib”.
Komitə sədri məvaciblərin artımında infilyasiya amilinin nəzərə alınmasına münasibət bildirib: “Hazırda ölkəmizdə infilyasiyanın səviyyəsi o qədər də çox deyil. Ötən ilə baxanda infilyasiya xeyli aşağı düşüb. Ondan öncəki illə müqayisədə faktiki olaraq infilyasiya iki rəqəmli həddən bir rəqəmli həddədir”.
Chosen
172
21
qlobal.net

10Sources