Hərbi geyimdə ofisiantlıq edən Yusif cəzalandırıldı - FOTOTürkiyədə hərbi geyimdə ofisiantlıq edən Suriya əsilli Yusif Cəfər cəzalandırılıb.KNN>AZ xəbər verir ki, Yusif İstanbulun Beyoğlu deyilən ərazisində restoranda hərbi geyim geyərək ofisiantlıq edib. Onunla yanaşı restoran sahibi və administratoru da cəzalandırılıb. Onlar haqda "Dövlətin hərbi və ya təhlükəsizlik qüvvələrini açıq şəkildə təhqir etmək", “Xüsusi nişanlardan və geyimlərdən qeyri-qanuni istifadə” və “ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” maddələri ilə cinayət işi açılıb.Müttəhim Yusif Cəfərin ifadəsinin də yer aldığı iddianamədə onun 2017-ci ildə Türkiyəyə gələrək sosial mediada videolar çəkərək pul qazandığı qeyd edilib."Hərbi geyimli videonun daha çox izlənəcəyini düşündüyüm üçün bunu etdim. Bunun türk hərbi forması olduğunu bilmirdim, çox təəssüflənirəm, videonu çəkməkdə məqsədim türk hərbi təşkilatını alçaltmaq deyildi".