EN

Sosial Dəstək Mərkəzində ictimai dinləmə keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzində ictimai dinləmə keçirilib. 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təşkil olunan tədbirdə Nazirlik yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov və şura üzvləri, digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Sosial Dəstək Mərkəzinin direktoru İsmayıl İsrafilov Mərkəz tərəfindən əhalinin həssas qrupları ilə bağlı həyata keçirilən sosial dəstək  layihələri barədə məlumat verib. Qarşıdakı dövrdə həmin layihələrin yeni istiqamətlər üzrə daha da genişləndiriləcəyi bildirilib. Mərkəzin QHT-lərlə əməkdaşlığın qurulması və gücləndirilməsinə də xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

E.Məmmədov həssas əhali qruplarının sosial dəstəklə əhatə olunması işlərinin gücləndirilməsinin, bu istiqamətdə bir çox layihələrin həyata keçirilməsinin vətəndaş cəmiyyəti institutları tərəfindən də rəğbətlə qarşılandığını bildirib. O, belə görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib.

Görüşdə Mərkəz tərəfindən görülən işlərə, həssas qruplarla, o cümlədən şəhid ailələri və müharibə iştirakçıları, əlilliyi olan şəxslərlə bağlı icra olunan layihələrə, Mərkəzlə QHT-lər arasında gələcək əməkdaşlığa dair müzakirələr aparılıb, tədbir iştirakçılarının rəy və təklifləri dinlənilib.

Chosen
220
3
ictimaishura.az

4Sources