"Gələn ilin ortalarına qədər əhali hava şəraiti ilə bağlı xüsusi xəbərdarlıqları mobil telefonlara gələn SMS vasitəsilə ala biləcək. Bu istiqamətdə lazımi işlər aparılır".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Nazir müavini onu da diqqətə çatdırıb ki, 40-dan artıq böyük çaylarda avtomatik müşahidə sistemləri mövcuddur:
"Bəzi çaylarda isə 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları var. Onlar vasitəsilə sel, daşqın hadisələri barədə məlumatlar situasiya mərkəzinə daxil olur və müvafiq analizlər aparılır".
Milli.Az